6 Yanvar 2015 16:15
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Biləsuvar rayon Polis Şöbəsi, Masallı rayon Polis Şöbəsi və Astara rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Astara rayon sakini Qəni Mirzəyevin həyətində “VAZ-2107” markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin avtomobilin Lənkəran şəhər sakini Ramal Həsənova məxsus, ötən il dekabrın 3-də qaçırılmış “VAZ-2107” markalı avtomobil olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Astara rayon sakini Elşən Nəzərova məxsus “VAZ-21013” markalı avtomobilin dövlət qeydiyyat nişanları olması müəyyən edilib.

Qəni Mirzəyev və avtomobili ona satmış Masallı rayon sakini Nahid Qasımov tutulublar. Nahid Qasımov izahatında avtomobili Yardımlı rayon sakini Samiq Adışovdan almasını bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər