8 Yanvar 2015 12:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Rayon sakini Ramin Teymurov idarə etdiyi “Cherry” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.

Daha bir yol qəzası Daşkəsən rayonunun Quşçu qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: