Bakının Suraxanı rayonunda əcnəbi vətəndaşa qarşı cinayət hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 10-da Özbəkistan vətəndaşı Ənvər Etçanovun 5 manatını və mobil telefonunu quldurluq yolu ilə alıblar. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Rəhman Məhərrəmov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat nəticəsində Rəhman Məhərrəmovun həmin gün başqa bir cinayət törətməsi üzə çıxıb. O, Bakı şəhər sakini Sabir Xudiyevin mobil telefonunu isə soyğunçuluq yolu ilə alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov