13 Yanvar 2015 08:01
844
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gecə saatlarında paytaxtın Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb.

37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqullar kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəminində bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyevi “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.

Bölmənin əməkdaşları cinayət törətdiyinə görə, bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb. Faktla bağlı cinayət işi açılıb , araşdırmalar davam etdirilir.


Müəllif: