Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Şanqar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vəfa Hüseynova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Oxşar hadisə Suraxanı rayonunda da qeydə alınıb. Yeni Suraxanı qəsəbəsində Rza Əliyev yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Hacı Zeynalov