15 Yanvar 2015 15:23
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 14-də Türkiyə istehsalı olan nodulyar dermatit adlı virus xəstəliyi əleyhinə istifadə olunan vaksinlər ölkəmizə gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu vaksinlər 12 milyon doza miqdarında olmaqla artıq 8 milyon doza ölkəmizə gətirilib və soyuducusu olan anbara təhvil verilib. Vaksinlər hələlik anbarda saxlanılacaq və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən profilaktiki məqsədlə fevralın 15-dən sonra xəstəlik qeydə alınmış bölgələrə paylanılacaq və heyvanlar arasında peyvəndləməyə start veriləcək.

Qeyd edək ki, 2014-cü ilin yay və payız aylarında ölkəmizin 35 rayonunda nodulyar dermatit adlı virus mənşəli xəstəlik müşahidə olunmuş və 6040 baş heyvan bu xəstəliyə yoluxub. Onlardan 5781 başı tam sağalıb, 259 başı isə yanaşı gedən xəstəliklərin təsirindən tələf olub. Bütün yay və payız ayları ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışmaqla, bütün bölgələrdə ilkin baytarlıq yardımı göstərib.


Xəstəlik ilk dəfə ölkəmizdə qeydə alındığında onun vaksini olmadığı üçün Türkiyə dövləti ilə müqavilə bağlanılıb və xəstəliyin ştammına uyğun vaksin istehsalına start verilib.


Xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması nəzərdə tutulur.

Ölkəmizdə xəstəliklə əlaqədar vəziyyət sabitdir, yeni xəstə heyvanlar qeydə alınmayıb və epizootik vəziyyət tam nəzarət altındadır.


Müəllif:

Oxşar xəbərlər