Bakının Suraxanı rayonunda parkda cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Məmmədov tutulub.
Faiq Məmmədov yanvarın 21-də Qaraçuxur qəsəbəsindəki istirahət parkında qəsəbə sakini Naibə Mustafayevaya zor tətbiq edib. O, qadının mobil telefonunu alaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov