23 Yanvar 2015 12:29
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, şəxsiyyəti müəyyən olmayan bir nəfər iki mərtəbəli binanın zirzəmisində yanaraq ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: