Moskvada saxlanılan Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallının sabah məhkəməsi keçiriləcək.
Bu barədə Teleqraf.com-a açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Vəkil qeyd edib ki, hazırda materiallar toplanılır: “Məhkəmənin verəcəyi qərara əsasən Kamil Zeynallı ya sərbəst buraxılacaq, ya da həbs olunacaq”.
Kamil Zeynallıya qarşı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.