26 Yanvar 2015 10:42
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda iki nəfəri bıçaqlayan həbs edilib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Məmmədov və Səbuhi Ələkbərovu bıçaqlan Bakı şəhər sakini Samir Aslanov tutulub.

Qeyd edək ki, hadisə yanvarın 21-də baş verib. Hadisə zamanı Bakıxanov dəmiryol stansiyası ərazisində Seymur Məmmədov və Səbuhi Ələkbərov Samir Aslanov tərəfindən bıçaqlanıb.

Tərəflər arasında mübahisə Seymur Məmmədovun qeyri-rəsmi yaşadığı qadının işlədiyi kafedə başlayıb. Kafedə müştəri olan Samir Aslanovla Seymur Məmmədov arasında mübahisə düşüb. Mübahisəni həll etmək üçün tərəflər dəmiryol stansiyasına gediblər. Samir Aslanov qəfildən cibindən bıçaq çıxararaq ona və Səbuhi Ələkbərova zərbələr endirməyə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: