Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsinin ərazisində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Gülnar Qulamirzəyeva və onun oğlu Yusif vurulub. Ana və oğlunun vuran sürücü hadisə yerindən qaçıb.
Yol qəzası zamanı xəsarət alan ana və oğlu xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Polis əməkdaşları tərəfindən yol qəzasını törədən sürücünün müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov