28 Yanvar 2015 05:29
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində yük və minik maşınları toqquşub.

APA-nın məlumatına görə, gecə saatlarında "Mercedes" markalı iki avtomobil prospektdə yarışa çıxıb. Yüksək sürətlə hərəkətdə olan maşınlar yolun təmir işləri gedən hissəsinə çatıblar və Vüqar Həsənovun idarə etdiyi "Mercedes" Şaiq Behbudovun idarə etdiyi "Shacman" markalı yük maşınının qarşısına çıxıb və qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobillər yararsız hala düşüb.

Qəza baş verən ərazidə avtonobil sıxlığı yaranıb.

Hadisənin səbəbləri araşdırılır.


Müəllif: