Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov qərarı açıqlayıb.
Prokuror qeyd edib ki, Baş Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun anlaqsız olması, onun cəzadan azad olunması və ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməsi məsləhət görülüb.
Daha sonra ittihama münasibət bildirmək üçün Əhməd Əhmədova söz verilib.
Əhməd Əhmədov ittihamı qəbul edib. O, ittihamı etiraf edib və ifadə verməkdən imtina edib.
Növbəti prosesdə sənədlər tədqiq olunacağı açıqlanıb.
Proses iyulun 23-də davam edəcək.