2 Mart 2015 15:32
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 1-i saat 16 radələrində A.Abdullayeva yaşadığı evdə odlu silahla qətlə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu və A. Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər