Bakının Səbail rayonunda bir neçə gün əvvəl oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə fevralın 25-də rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində qeydə alınıb. Həmin gün 1958-ci il təvəllüdlü Elman Sadıqov oğlu Malik tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən Elman Sadıqova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, baş verən cinayət hadisəsindən sonra saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov