5 Mart 2015 14:10
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunun Bərgüşad kəndində bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Şaiq Orucov idarə etdiyi "T-82" markalı qoşqusu olan traktoru arxaya verərkən həmkəndlisi Eyvaz Həmidov qoşqunun altında qalıb. Xəstəxanaya yerləşdirilmiş E.Həmidov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: