12 Mart 2015 18:17
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin aprel ayın 19-da Yasamal rayonun əməkdaşları Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yaxalayıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub.

İlkin Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İlkin Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobilə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş. Sonra həmin qadınlara hücum edərək onlara qarşı seksual hərəkətlər edirmiş. Onu da qeyd edək ki, İlkin Qasımov Cinayət Məcəlləsinin digər maddələri 4 dəfə məhkumluq həyatı yaşayıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İlkin Qasımov söz sözlə çıxış edib. O, etdiyi əməllərə görə, zərərçəkənlərdən üzr istəyib. Zərərçəkənlər onun məhkum edilməsimi tələb ediblər.

daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə otağına gedib. Müşavirədən qayıdan hakimlər İlkin Qasımovun 13 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan ediblər.

qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər