Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.
Qaradağ rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb.
Goranboy rayon sakini, 1997-ci il təvəllüdlü Səba Abdullayeva kirayədə yaşadığı evin eyvanından özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və aparılan danışıqlar nəticəsində qızı intihar etmək fikrindən yayındırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov