Hacıqabul rayonunda faciəli hadisə baş verib. Bu barədə Teleqraf.com-a Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Şorbaçı kəndində qeydə alınıb. Kənd sakini İlqar Quliyevi elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə martın 20-də qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov