1 Aprel 2015 12:09
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub. Piyadalar hər ikisi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: