4 Aprel 2015 23:16
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda döyüş sursatı tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir.

Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.


Müəllif: