Bakıda soyğunçuluqla məşğul olan şəxslər həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Türkan Məmmədovanın planşetini soyğunçuluq yolu ilə almış Neftçala rayon sakini İsmət Abbasov və Ağsu rayon sakini Röyal Mehdiyev tutulublar.
Hacı Zeynalov