Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqdu təqsirli bilinən Pərvanə Şükürovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərvanə Şükürova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini Pərvanə Şükürova qızıl satışı ilə məşğul olan 3 qadının etibarında sui-istifadə edərək, kilo ilə qızıl-zinət əşyası alıb. Pulunu verməyib. Qadınların şikayəti əsasında polis tərəfindən saxlanılıb.
Faktla bağlı P. Şükürovaya Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Hacı Zeynalov