29 Aprel 2015 14:36
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonunda baş verib.

Məlumata görə, Samux rayon Tatılı kənd sakini, 27 yaşlı Niyazi Cəfərov naməlum şəraitdə bıçaqlanıb. O, xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Cinayətin kimin tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: