Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Hikmət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Hikmət Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hikmət Quliyev Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsin 234-cü (qanunsuz narkotik maddələrin dövriyyəsində) maddəsi ilə cinayət işi başlanılıb
Hacı Zeynalov