12 May 2015 18:33
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Əfqan Mahmudzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Əfqan Hacıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il noyabrın 17-də Xətai rayon ərazisində baş verib. Bakı şəhər sakini Əfqan Mahmudzadə idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Əlibaba Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb. Əfqan Hacıyevə Cinayət Məcəlləsinin 263.1( ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif: