Şəkidə bir nəfərin evində cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər evə baxış keçirərkən ev sahibi 1977-ci il təvvəllüdlü Səmədov Əbülfəz Nazim oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.