6 İyul 2015 16:22
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə bildiriblər ki, bu gün nazirliyin Şirvan şəhərindəki Telemexanika zavodunda istehsalat qəzası baş verib.

Qəza zamanı zavodun sexlərindən birində partlayış qeydə alınıb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Telemexanika zavodu 1981-сi ildə Сihazlar zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə Сihazlar və Sənaye avtomatikası və Telemexanika zavodları birləşdirilərək Sənaye avtomatikası və Telemexanika zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.

2006-сi ildən Telemexanika zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.

Telemexanika zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi ücün сihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. Zavodda ümumilikdə 245 nəfər işçi çalışır.

X X X

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.

Stansiyadan bildirilib ki, qəza zamanı yaralananlar olsa da, onların sayı barədə hələlik dəqiq məlumat yoxdur. Hazırda briqadanın əməkdaşları hadisə yerindədirlər.

X X X

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

X X X

Azərbaycan Səhiyyə Nazirliyi Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunur ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıb.

Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.


Müəllif: