10 İyul 2015 10:34
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nofəl Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qəzanın törədilməsində günahkarın yenidən müəyyən edilməsi üçün avto-texniki ekspertizası təyin edilib. Ekspertizanın rəyi açıqlanana kimi məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nofəl Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nofəl Məmmədov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, Nofəl Məmmədov idarə etdiyi “İveco” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Loğman Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş Loğman Məmmədov orada ölüb.

Hacı Zeynalov


Müəllif: