10 İyul 2015 16:11
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda icra hakimiyyətinin anbarından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyulun 8-nə keçən gecə baş verib.

Rayonunun Bayıl qəsəbəsindəki Bakı şəhər İcra Hakimiyyətinə məxsus Abadlıq Xidmətinin anbarından 60 metr elektrik kabeli, 1 ədəd generator və təmir-tikinti alətləri oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Ağcabədi rayon sakini İlkin Salmanov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər