Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən yerli sakin Bayramova Elmira Cavanşir qızını hərəkətdə olan "Mercedes" markalı minik maşını vurub. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin sözlərinə görə, reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.