Lənkəran rayonda ağır yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Zahir Əliyev idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişinlərindən Mustafa Axundov hadisə yerində ölüb, digər sərnişini Qurban Əhmədzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lənkaran polisi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov