Sumqayıtda intihar faktı ilə bağlı cinayət işi açılıb.
Sumqayıt şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.