29 May 2014 09:41
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda birmərtəbəli ev yanıb, ölən var.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kvadrat metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: