Bakının Xətai rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində dava düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə Telnov küçəsi 8 ünvanında yerləşən “Leyla” şadlıq sarayında baş verib.
Avqustun 15-də, saat 23.50 radələrində toyun başa çatmasına etiraz edilib və baş verən dava nəticəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Aleksnadr Aleksandroviç Manerovu döyüblər. Döyülmə zamanı o, göz nahiyyəsindən xəsarət alıb. Aleksnandr Manerov Göz Xəstəlikləri İnstituna yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov