Şəmkir rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Məzahim İsgəndərov münaqişə zəminində rayon sakini Rasim Qənbərlini bıçaqlayıb. Rasim Qənbərli xəstəxanaya aparılarkən yolda ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məzahim İsgəndərov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov