Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Elyar Qənbərov və Zahid Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elyar Qənbərov 6 il, Zahid Hacıyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Elyar Qəmbərov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitə alıb. Sonra həmin narkotik maddənin bir hissəsini Zahid Hacıyevə satıb. Zahid Hacıyev Elyardan narkotiki şəxsi istifadə üçün alıb.
Hacı Zeynalov