15 Sentyabr 2015 18:51
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Tbilisi prospektində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rauf Babayev vurulub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Rauf Babayev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: