21 Sentyabr 2015 15:30
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunun Honuba kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Vüqar Rəsulov idarə etdiyi “VAZ-21213” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: