2 Oktyabr 2015 15:02
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aranlı kəndinin otlaq sahəsində qeydə alınıb.

Kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və nəticədə həmkəndlisi Elvin Xudaverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ş.İbayev könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gəlib və “İJ-58” markalı ov tüfəngini təhvil verib.

Müvafiq araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər