5 Oktyabr 2015 13:15
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Neftçilər prospektində qeydə alınıb.

Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi “Toyota-Avalon” markalı avtomobillə Şəki rayon sakini 1944-cü il təvəllüdlü Laçın Mustafayevi vurub.

Hadisənin baş verməsi nəticəsində xəsarət alan Laçın Mustafayev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Laçın Mustafayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: