7 Oktyabr 2015 22:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıçoban kənd sakini Firdovsi Allahverdiyev həbs edilib.

Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: