12 Oktyabr 2015 18:17
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər eləməkdə təqsirli bilinən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zaur Məmmədov Xətai rayonunda qonşuluqda yaşadığı bacanağının 5 yaşlı qızı Samirəyə (ad şərti verilib) qarşı seksual hərəkətlər edib.

Zaur Məmmədov Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. O cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər