Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulub.
Hacı Zeynalov