Neftçalada bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, rayonun Xıllı qəsəbəsinə qohumlarıgilə qonaq gedən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zakir Məhəmməd oğlu Ağayev elektrik mişarı ilə həyətdəki ağacı kəsmək istəyərkən, ehtiyatsızlıqdan bud nahiyəsini kəsib.
Yaralı sol budunun kəsilmiş-deşilmiş yarası ilə dərhal Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.