Bakının Səbail rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Azərbaycan prospektində yerləşən Nizami parkında qeydə alınıb.
Parkda Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Asim Rasim oğlu Rüstəmov qollarını ülgüclə doğrayıb. O, Təcili Tibbi Yardım Stansiyasında tibbi yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov