27 Oktyabr 2015 13:59
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimlinin kasasiya şikayəti təmin ediləyib.

Qeyd edək ki, Pərviz Həşimli Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından şikayət verib. O, şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Pərviz Həşimli apelyasiya şikayəti verib və o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər