Biləsuvar rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Ramin Qasımovdan 300 ədəd metadon həbi götürülüb.
Narkotik vasitəni ona satmış həmyerlisi Vüqar Abdullayev də tutulub, onun Masallı rayonunda yaşadığı evə baxış zamanı isə 150 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Hacı Zeynalov