Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Natiq Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyevin Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilindiyi məlum olub.
Rusiyada o, həmin maddə ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasına Azərbaycanda çəkmək üçün müraciət edib. Buna görə də Azərbaycana ekradisya olunub. Azərbaycan məhkəməsi onun cəza çəkmə müddətini yerli qanunla müəyyən edib.
Məhkəmə Natiq Əliyevin qanunsuz narkotik vasitələri yayması ittihamını qüvvədə saxlayıb. Onun cəzası Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik maddə) maddəsi ilə tənzimlənib və cəzası 9 il 9 ay təyin olunub.
Hacı Zeynalov