4 Noyabr 2015 12:59
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon sakini, 1965-ci il təvəllüdlü İlham Məmmədov Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

O, qeyd edib ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Müsəllim Məhərəmov onun etibarından sui-istifadə edərək 11 min manatını alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: